Sarı qapaqlı “Coca-Cola” niyə fərqlənir?

ABŞ-da Pesah dövrü üçün istehsal olunan sarı qapaqlı "Coca-Cola" qarğıdalı siropu əvəzinə həqiqi şəkərlə hazırlanır və yalnız məhdud müddətə satışa çıxarılır. 

36

ABŞ-da hər il yalnız müəyyən bir dövrdə satışa çıxarılan sarı qapaqlı “Coca-Cola” məhsulları yenidən maraq mərkəzinə düşüb. Bu xüsusi seriya yəhudilərin “Pesah” dövrü üçün hazırlanır və standart versiyadan fərqli olaraq qarğıdalı siropu əvəzinə həqiqi şəkərlə istehsal olunur. 

Bildirilir ki, ABŞ-də 1980-ci illərdən bəri istehsal olunan adi “Coca-Cola” məhsullarında əsasən qarğıdalı siropundan istifadə edilir. Lakin Pesah zamanı tətbiq olunan dini qida qaydalarına görə qarğıdalı və qarğıdalı mənşəli tərkiblər uyğun sayılmadığından, bu dövr üçün xüsusi resept hazırlanır. “Coca-Cola” həmin məhsulları sarı qapaqla fərqləndirərək məhdud müddətə bazara çıxarır.

Sözcü” yazır ki, bu məhsullar əsasən yəhudi icmasının sıx yaşadığı bölgələrdəki böyük market şəbəkələrində satışa təqdim olunur. Sosial şəbəkələrdə və onlayn platformalarda sarı qapaqlı bu versiyanın Meksikadan idxal edilən, şəkərlə hazırlanan “Coca-Cola” ilə eyni dada və formulaya malik olduğu da tez-tez qeyd olunur.

Xəbərdə vurğulanır ki, məhsulun istehsalı və satışı yalnız Pesah dövrünü əhatə edir. İcma üzvləri və alıcılar isə məhdud sayda istehsal olunduğu üçün bu seriyanın daha çox dini həssaslığı olan insanlar üçün nəzərdə tutulduğunu xatırladaraq, başqalarını ehtiyat məqsədilə həddən artıq alış etməməyə çağırırlar.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930