ABŞ-ın beysbol klubu “Texas Reyncers” azarkeşlər üçün diqqətçəkən yeni qida məhsulu təqdim edib.
ABŞ mediasının məlumatına görə, klub 39,99 dollara satılan “9th Inning Rally Sombrero” adlı böyük ölçülü “snack” dəstini satışa çıxarıb. Məhsul 26 düymlük qızardılmış tortilla əsasında hazırlanıb və içində lobya, çedar pendiri, quakamole, xalapenyo, zeytun, kahı, xama və digər əlavələr yer alır.
