Bastoni “Barselona”ya keçməyə razılaşıb

İtaliya millisinin müdafiəçisi Alessandro Bastoni yayda “Barselona”ya keçməyə razılıq verib. Transferin səbəbi Bosniya oyunundakı qırmızı vərəqə sonrası tənqidlərdir.

30

İtaliya millisinin və “Inter Milan” klubunun müdafiəçisi Alessandro Bastoni yay transfer pəncərəsində “Barselona”-ya keçməyə razılıq verib.

Məlumata görə, transferin təxminən 60 milyon avroya başa gələcəyi gözlənilir.

İtaliya mətbuatında yayılan xəbərlərə əsasən, Bastoni Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə alandan sonra ciddi tənqid və təzyiqlərlə üzləşib. Bu səbəbdən futbolçunun ölkəni tərk etmək və karyerasını başqa liqada davam etdirmək istədiyi bildirilir.

Transferin reallaşacağı təqdirdə, Bastoni Kataloniya klubunun müdafiə xəttini gücləndirəcək əsas oyunçulardan biri kimi nəzərdən keçirilir.