ABŞ Ordusunda kadr dəyişikliyi: döyüş təcrübəli general önə çəkildi

ABŞ müdafiə naziri Pit Heqset Qərargah rəisi Rendi Corcu vəzifədən uzaqlaşdırıb, yerinə döyüş təcrübəli general Kristofer LaNeve təyin edilib.

41

Pit Heqset ABŞ Ordusunda yüksək səviyyəli kadr dəyişikliyi həyata keçirərək Qərargah rəisi Rendi Corcu vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə Qərargah rəisinin keçmiş müavini, döyüş təcrübəsi ilə seçilən Kristofer LaNeve təyin olunub.

İlk baxışda bu dəyişiklik adi rotasiya kimi görünsə də, analitiklər qərarın mümkün hərbi-strateji səbəblərlə bağlı ola biləcəyini istisna etmirlər. Belə ki, general Corc daha çox qərargah səviyyəsində idarəetmə və təşkilati rəhbərliklə tanınırdı. LaNeve isə geniş əməliyyat və döyüş təcrübəsinə malik komandir hesab olunur.

Bu dəyişiklik fonunda bəzi ekspertlər ABŞ-ın mümkün quru əməliyyatlarına hazırlıq ehtimalını gündəmə gətirirlər.

Oxşar kadr dəyişikliyi 2025-ci ilin dekabrında ABŞ-ın Cənub Komandanlığında da qeydə alınmışdı. Həmin vaxt qərargah yönümlü komandanı daha təcrübəli səhra komandiri Frensis Donovan əvəz etmişdi. Qısa müddət sonra isə Nikolas Maduroya qarşı əməliyyatın həyata keçirildiyi bildirilmişdi.

Qeyd edək ki, hazırkı dəyişikliklərin mümkün nəticələri və ABŞ-ın növbəti addımları ilə bağlı rəsmi açıqlamalar verilməyib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.