Oukitel WP61 təqdim olundu

Oukitel yeni WP61 seriyalı dözümlü smartfonunu təqdim edib. Model peyk rabitəsi, termal kamera və 20 000 mAh batareya ilə diqqət çəkir. 

261

Çinin “Oukitel” şirkəti açıq hava peşəkarları və xilasetmə qrupları üçün hazırladığı yeni WP61 seriyalı smartfonunu təqdim edib. Cihaz peyk rabitəsi, termal kamera və daxili rabitə imkanlarını bir arada təqdim edir.

Yeni model 20 000 mAh batareya, 1200 lümenlik düşərgə lampası və 130 dB gücündə səs sistemi ilə təchiz olunub. Telefonun MIL-STD-810H hərbi dözümlülük sertifikatına sahib olduğu, mədən, tikinti və axtarış-xilasetmə kimi sahələr üçün nəzərdə tutulduğu bildirilir.

Cihazın ekranı ilə mıx vurmaq kimi diqqətçəkən iddia da yer alır. Bununla yanaşı, əsas vurğu telefonun ekstremal şəraitdə işləməsi, istilik fərqlərini aşkarlaya bilməsi və yanğın, texniki baxış, vəhşi təbiət izlənməsi kimi sahələrdə istifadə imkanları üzərində qurulur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.