“Avroviziya” Asiyaya keçir

"Avroviziya"nın ilk Asiya versiyası 14 noyabrda Banqkokda keçiriləcək. Yarışmada yalnız Asiya ölkələri iştirak edəcək. 

57

“Avroviziya” mahnı yarışması ilk dəfə Asiya qitəsinə açılır. MSNews.az “Sözcü“-yə istinadən məlumat verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqənin 70 illiyi çərçivəsində yeni “Eurovision Asia” layihəsini elan edib və bu yarışda yalnız Asiya ölkələri iştirak edəcək. 

Xəbərdə bildirilir ki, böyük final 14 noyabrda Tailandın paytaxtı Banqkokda canlı yayımlanacaq. Yarışmaya qatılacağı təsdiqlənən 10 ölkə əvvəlcə öz milli seçim mərhələlərini keçirəcək. “Avroviziya” direktoru Martin Qrin bu addımın Asiyanın zəngin yaradıcılıq potensialını beynəlxalq səhnəyə çıxarmaq baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

İlkin siyahıya Cənubi Koreya, Tailand, Filippin, Vyetnam, Malayziya, Kamboca, Laos, Banqladeş, Butan və Nepal daxildir. Müsabiqədə klassik “Avroviziya” qaydalarının tətbiq olunacağı, yəni mahnıların orijinal olması və əsas vokalın canlı ifa edilməsi şərtinin saxlanılacağı qeyd olunur.