İranda sabah yeddi siyasi məhbusun edamı gözlənilir

"Amnesty International" İranda yeddi siyasi məhbusun, o cümlədən tanınmış fəalların sabah edam edilə biləcəyini açıqlayıb və beynəlxalq ictimaiyyəti müdaxiləyə çağırıb.

324

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” İranda yeddi siyasi məhbusun sabah edam ediləcəyi barədə təcili xəbərdarlıq yayıb. Məlumata görə, ölüm hökmü Qəzəlhəsar həbsxanasıda saxlanılan şəxslərə tətbiq olunacaq və icra prosesi sabah sübh çağı baş tuta bilər.

Edam təhlükəsi ilə üzləşənlər arasında tanınmış siyasi fəal Vahid Bani Əmrian, həmçinin Əbulhəsən Montəzər və 2025-ci ilin sonu – 2026-cı ilin əvvəllərində İranda baş verən “dekabr üsyanı”nın beş iştirakçısı var.

“Amnesty International” vurğulayır ki, bu şəxslər ədalətsiz məhkəmə prosesləri nəticəsində məhkum olunublar, etiraflar isə işgəncələr və tam təcrid şəraitində alınıb. Həmçinin təqsirləndirilənlər adekvat hüquqi müdafiə imkanlarından məhrum edilib.

Təşkilat beynəlxalq ictimaiyyəti, BMT və diplomatik missiyaları dərhal müdaxilə etməyə çağıraraq, edamların dayandırılmasını tələb edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.