Danimarka şahzadəsi İzabella hərbi xidmətə gedir

18 yaşlı Danimarka şahzadəsi İzabella qadınlar üçün tətbiq edilən məcburi hərbi xidmət proqramı çərçivəsində 11 aylıq hərbi təlimə başlayacaq.

219

Danimarka kral ailəsinin üzvü, 18 yaşlı şahzadə İzabella hərbi xidmətə başlayacaq. Gənc şahzadə bu yay məktəbi bitirdikdən sonra ölkədə qadınlar üçün tətbiq edilən məcburi hərbi xidmət sistemi çərçivəsində ordu sıralarına qatılacaq. 

Danimarka kral ailəsinin paylaşdığı məlumata əsasən, İzabella Mühafizə Süvari Alayının tərkibində 11 ay davam edəcək hərbi təlim proqramına daxil olacaq. Onun avqust ayında xidmətə başlaması planlaşdırılır. Şahzadənin ölkədə hərbi xidmət keçən ilk qadınlar arasında olacağı qeyd edilir.

Məlumata görə, təlim proqramı iki mərhələdən ibarət olacaq. İlk 5 ay baza hazırlığına ayrılacaq, daha sonra isə 6 aylıq əməliyyat hazırlığı mərhələsi başlayacaq. Bu model Danimarkada qadınların hərbi sistemə yeni formatda inteqrasiyasının tərkib hissəsi kimi təqdim olunur.

Danimarkada qadınlar üçün məcburi hərbi xidmət 2025-ci ilin iyulundan qüvvəyə minib və xidmət müddəti 11 ay müəyyənləşdirilib. Şahzadə İzabellanın bu sistemə qoşulması qərarı ölkədə həm simvolik, həm də ictimai baxımdan diqqət çəkən addım kimi dəyərləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti