İsmayıl Qaani yenidən ortaya çıxdı

İranlı komandan İsmayıl Qaani uzun fasilədən sonra yenidən açıqlama verib. Onun "X" platformasında yayılan mesajında Netanyahunun planlarının iflasa uğradığını iddia etdiyini yazır.

25

İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı İsmayıl Qaani uzun müddət davam edən səssizlikdən sonra yenidən gündəmə gəlib.

İsrail adına casusluq və sui-qəsd iddiaları ilə hallanan Qaani bu dəfə “X” platformasında onun adına açıldığı bildirilən hesab üzərindən açıqlama yayıb.

Qaani paylaşımında İsrailin baş naziri Benyamin Netanyahunun bölgədə təhlükəsizlik zolağını genişləndirmək planının uğursuzluğa düçar olduğunu iddia edib. O, şimalda Hizbullahın, cənubda isə Ənsarullahın fəaliyyətinin İsrailin bölgədə verdiyi vədləri puça çıxardığını irəli sürüb və “müqavimət cəbhəsinin artıq tək mərkəzdə birləşdiyini” bildirib.

Qaani ABŞ və İsrailin İrana qarşı keçirdiyi, yüksək rütbəli şəxsləri hədəf alan son əməliyyatdan sağ çıxan yeganə yüksək səviyyəli fiqur kimi təqdim olunur.