İran XİN: ABŞ-ın təklifləri “həddindən artıq və əsassızdır”

İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ ilə birbaşa danışıqlar yoxdur və Vaşinqtonun Tehrana təqdim etdiyi təkliflər həddindən artıq və əsassızdır.

41

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehranla Vaşinqton arasında indiyədək birbaşa danışıqlar aparılmayıb və bütün mesajlar yalnız vasitəçilər üzərindən ötürülüb. O, ABŞ-dan gələn təklifləri “həddindən artıq, qeyri-real və əsassız” adlandırıb. Bu bəyanat, ABŞ prezidenti Donald Trampın İranla təmasların davam etdiyini və razılaşmanın mümkün olduğunu deməsindən sonra səslənib.

Bəqayinin sözlərinə görə, İranın mövqeyi başlanğıcdan aydın olub, amma qarşı tərəf daim dəyişən və ziddiyyətli siqnallar verir. “Wall Street Journal”-ın IRNA-ya istinadən yaydığı məlumata görə, söhbət ABŞ-ın Pakistan vasitəsilə Tehrana çatdırdığı 15 maddəlik planından gedir və İran bu paketi qəbulolunmaz tələblər toplusu kimi qiymətləndirir.

İran rəsmisinin açıqlaması regional diplomatik fəallıq fonunda verilib. Pakistan martın 29-da İslamabadda Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin iştirakı ilə məsləhətləşmələr keçirib. Həmin formatın məqsədi müharibəni dayandırmaq və xüsusən Hörmüz boğazı ətrafında yaranan böhran üçün çıxış yolu tapmaq olub. İran bu görüşün iştirakçıları arasında göstərilməyib.

Bəqayi eyni zamanda region ölkələrinin müharibənin dayandırılması ilə bağlı narahatlığını müsbət qiymətləndirsə də, onların “müharibəni kimin başladığını” unutmamalı olduqlarını vurğulayıb. Bu xətt, Tehranın vasitəçilik təşəbbüslərinə açıq qapı saxlasa da, hazırkı şərtlərlə Vaşinqtonun təkliflərini qəbul etməyə hazır olmadığını göstərir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.