“Rostelekom” rəhbəri rusiyalılara stasionar telefon tövsiyə etdi

“Rostelekom” prezidenti Mixail Oseyevski bildirib ki, Rusiyada "WhatsApp" trafiki demək olar qalmayıb, "Telegram" azalır, stasionar telefonlara tələbat isə artır.

30

Rusiyanın “Rostelekom” şirkətinin prezidenti Mixail Oseyevski bildirib ki, ölkədə “WhatsApp” trafiki faktiki olaraq demək olar qalmayıb, “Telegram” trafiki isə azalır. Onun sözlərinə görə, eyni vaxtda Rusiyanın yerli “Max” messencerində trafik sürətlə artır. Oseyevski bu açıqlamaları martın 26-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayı çərçivəsində jurnalistlərə verib.

Məlumatı “Interfax“-a istinadən MSNews.az verir.

“Rostelekom” rəhbəri əlavə edib ki, xarici messencerlərdə səsli rabitəyə qoyulan məhdudiyyətlərdən sonra mobil şəbəkələr üzərindən zənglərin sayı da artıb. O bildirib ki, mobil rabitədə fasilələrin müşahidə olunduğu iri şəhərlərdə stasionar telefonların quraşdırılması üçün müraciətlər nəzərəçarpacaq dərəcədə çoxalıb.

Oseyevski stasionar telefonu “zəmanətli rabitə üsulu” kimi təqdim edib və onu hər evdə olmalı olan yanğınsöndürən balona bənzədib. “Vedomosti”nin yazdığına görə, o, bu cür telefonları artıq “bir çox çox hörmətli şəxsin” də evinə istədiyini deyib, lakin artımın konkret statistikasını açıqlamayıb.

Fon olaraq, Rusiyada 2025-ci ilin avqustunda “Telegram” və “WhatsApp”-da səsli zənglərə qismən məhdudiyyət tətbiq olunmuşdu. Fevralda isə Roskomnadzor “Telegram”-a qarşı məhdudiyyətlərin davam etdirildiyini bəyan etmişdi.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930