Ərdoğan “BlackRock” rəhbəri Lerri Finklə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan "BlackRock" CEO-su Lerri Finklə Dolmabahçedə görüşüb. Görüş Türkiyədə iqtisadi gündəm və mümkün maliyyə əməkdaşlığı ilə bağlı müzakirələr yaradıb. 

128

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan “BlackRock”-un rəhbəri Lourens D. Finklə görüş keçirib.

MSNews.az-ın “Sözcü“-yə istinadən verdiyi məlumata görə, görüş martın 27-də İstanbuldakı Dolmabahçe İş Ofisində baş tutub və qapalı formatda keçirilib. Rəsmi açıqlamada bildirilib ki, qəbulda maliyyə naziri Mehmet Şimşək, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Dünya İqtisadi Forumunun yüksəkvəzifəli təmsilçisi Alois Zwinggi də iştirak edib.

Nəşr yazır ki, “BlackRock”-un rəhbəri Lourens D. Fink təxminən 14 trilyon dollarlıq aktivləri idarə edən qlobal maliyyə nəhənginə başçılıq edir. Rəsmi məlumatda görüşün mövzusu ayrıca açıqlanmasa da, iştirakçıların tərkibi iqtisadiyyat, investisiya və enerji gündəliyinin ön planda olduğunu göstərir.

Lakin Türkiyə gündəmində xəbər birmənalı yorumlanmır. Bu səfər barədə bəzən konspiroloji yorumlar da qeyd olunur. Məsələn, “BlackRock”-un Türkiyəyə birbaşa sərmayə yatırmaqdan çox, yüksək faizli maliyyə axınları ilə maraqlana biləcəyi iddia olunur. Məqalədə bu cür fondların istehsal və sənaye yatırımı etmədən maliyyə gəliri əldə etməyə üstünlük verdiyi irəli sürülür. Bu qiymətləndirmə rəsmi açıqlama deyil, nəşrin şərh və narahatlıq xəttini əks etdirir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.