Araqçi Azərbaycan dilində paylaşım etdi

İranın xarici işlər naziri Abbas Araqçi Azərbaycan hökumətinə və xalqına humanitar yardıma, həmçinin digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılan şəraitə görə təşəkkür edib. 

20

İranın xarici işlər naziri Abbas Araqçi Azərbaycan hökumətinə və xalqına humanitar yardıma görə təşəkkürünü bildirib.

MSNews.az-ın yaydığı məlumata görə, iranlı nazir sosial şəbəkə paylaşımında Azərbaycanın təkcə birbaşa yardım göstərməsini deyil, həm də digər ölkələrin göndərdiyi yardımların çatdırılması üçün yaratdığı şəraiti xüsusi vurğulayıb.

Araqçi qeyd edib ki, bu dəstək çətin günlərdə göstərilən həmrəylik nümunəsidir. Onun sözlərinə görə, belə münasibət İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəni təməllərə söykənir. Nazir mesajında məhz bu ortaq mədəni bağları iki ölkə arasında humanitar əməkdaşlığın əsas dayaqlarından biri kimi önə çəkib.

Son günlər İran rəsmilərinin Azərbaycan və bir sıra region ölkələrinə təşəkkür mesajları verməsi, bölgədə gərginlik fonunda humanitar və logistik əməkdaşlığın artdığını göstərir.