Ağ Evin paylaşdığı müəmmalı videolar gündəm yaratdı

Ağ Evin rəsmi hesablarında paylaşılan və biri sonradan silinən iki 4 saniyəlik video sosial mediada müəmmalı mesaj müzakirələrinə səbəb olub. 

138

Ağ Evin rəsmi hesablarında ard-arda yayımlanan iki qısa video sosial mediada geniş müzakirələrə səbəb olub. Martın 26-da paylaşılan ilk 4 saniyəlik videoda Ağ Evin mətbuat katibi Kerolayn Livittin kamera hazırlığı zamanı “Başlayırıq, elə deyilmi?” dediyi eşidilib. Həmin paylaşım qısa müddət sonra silinib. 

Birinci videonun silinməsindən sonra Ağ Evin hesablarında ikinci paylaşım edilib. Təxminən 4 saniyə davam edən bu videoda yalnız telefon bildiriş səsi eşidilir, lakin heç bir görüntü və ya izah təqdim olunmur. Sözügedən video isə rəsmi hesabda saxlanılıb.

Ardıcıl və qısa zaman fərqi ilə yayımlanan bu paylaşımlar istifadəçilər arasında “şifrəli mesaj” ehtimalı ilə bağlı suallar doğurub. Xəbərə görə, hər iki videonun da 4 saniyə olması xüsusi diqqət çəkib. Ağ Ev isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti