Dünyada ölkələrin beynəlxalq imicini ölçən “World Population Review” son məlumatlarını açıqlayıb. Qlobal ictimaiyyətin ən mənfi rəylərinə sahib 25 ölkə sıralanıb və Türkiyə 16-cı sırada yer alıb.
Analitiklərə görə, bu reytinqdə ölkələrin diplomatik addımları, insan hüquqları vəziyyəti və regional siyasətləri əsas rol oynayıb.
Siyahının ilk 20 ölkəsi belədir:
- Çin
- ABŞ
- Rusiya
- Şimali Koreya
- İsrail
- Pakistan
- İran
- İraq
- Suriya
- Hindistan
- Birləşmiş Krallıq
- Yaponiya
- Səudiyyə Ərəbistanı
- Almaniya
- Nigeriya
- Türkiyə
- Cənubi Koreya
- Əfqanıstan
- Filippin
- İtaliya
Ekspertlər vurğulayır ki, Türkiyənin mövqeyi əsasən geosiyasi mövqeyi və son illərdəki xarici siyasət addımları ilə əlaqədardır.