Bakı Konqres Mərkəzində Həsən Həsənovun yeni kitabının təqdimatı keçirilib

Bakı Konqres Mərkəzində tarixçi-alim Həsən Həsənovun müəllifi olduğu “Atropatena/Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi keçirilib.

423

Bakı Konqres Mərkəzində Azərbaycanın görkəmli dövlət xadimi və tarixçi-alimi Həsən Həsənovun müəllifi olduğu “Atropatena/Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi keçirilib.

Martın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənovun müəllifi olduğu “Atropatena/Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi təşkil olunub.

Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda tariximizin geniş şəkildə araşdırılması və təbliğinin vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, həm Azərbaycan gənclərinin öz tarixini daha dərindən öyrənməsi, həm də dünya ictimaiyyətinin ölkəmizin qədim dövlətçilik ənənələri haqqında məlumatlandırılması üçün daha çox elmi əsərlər və maarifləndirici nəşrlər hazırlanmalıdır.

Məhz, bu çağırış əsasında nəşr olunan kitabın əsas məqsədi Azərbaycanın qədim dövlətçilik tarixinin mühüm mərhələlərindən biri olan Atropatena/Adorbayqan dövlətinin yaranması və inkişafı barədə gənc nəslin və beynəlxalq ictimaiyyətin məlumatlılığını artırmaqdır.

Nəşrdə Atropatena dövlətinin yaranmasından əvvəl baş verən siyasi və tarixi hadisələr, ölkənin mənşəyi, sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də dövlətin formalaşmasından sonrakı proseslər qədim mənbələrə və tarixi faktlara istinad edilərək oxuculara təqdim olunub.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.