Suyun üzərində qurulan müsəlman kəndi – Koh Panyee

Tailandda suyun üzərində inşa edilən Koh Panyee kəndi yüzillik müsəlman balıqçı icmasının yaşadığı unikal yaşayış məskənidir.

36

Tailandın cənubunda Koh Panyee adlı unikəl balıqçı kəndi yerləşir. Bu məhşur “üzən kənd” Phanq Nqa körfəzi sahillərində, suların üzərində inşa edilmişdir və başqa yerləşim standartlarından fərqli xüsusiyyət göstərir.

Kəndin əsası təxminən XVIII əsrin sonlarına — İndoneziya/Malayziya mənşəli müsəlman balıqçı ailələr tərəfindən qoyulub. Uzun illər ərzində bu cəmiyyət suların üzərində özünəməxsus yaşayış mühiti qurub və hazırda təxminən 1600 nəfər əhalisi var.

Kənddə evlər, məktəb, sağlamlıq məntəqəsi və ticari sahələr sudainşa edilən taxta və beton dirəklər üzərində qurulub. Kəndin inzibati infrastrukturu və sosial həyatı su üzərində davam edir, çünki məkan birbaşa quruya bağlı deyil.

Koh Panyee əhalisinin əsas gəlir mənbəyi balıqçılıqdır və bu ənənə nəsillər boyu davam edir. Son illərdə kənd turizm sahəsində də diqqət cəlb etməyə başlayıb.

Ən maraqlı xüsusiyyətlərdən biri burada suyun üzərində qurulmuş futbol meydançasıdır. Bura yerli gənclərin idman fəaliyyəti üçün istifadədədir.

Kənd həm yerli, həm də xarici turistlər üçün cəlbedici bir məkan olmaqla yanaşı, unikal mədəniyyət və memarlıq nümunəsi hesab edilir.