Epşteyn sənədlərində adı keçənlərin siyahısı Konqresə təqdim olundu

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi üzrə sənədlərdə adı keçən şəxslərin siyahısını Konqresə göndərib. Sənəddə Donald Tramp da daxil olmaqla bir sıra tanınmış fiqurların adları yer alır.

60

ABŞ Ədliyyə Nazirliyi milyarder Ceffri Epşteyn ilə bağlı istintaq materiallarında adı keçən şəxslərin siyahısını Konqresə təqdim edib. Məlumatı “The Hill” qəzeti yayıb.

Bildirilir ki, Senat və Nümayəndələr Palatasının Ədliyyə komitələrinin sədrlərinə göndərilən altı səhifəlik sənəddə Epşteyn işi üzrə materiallarda aparılmış redaktə və senzura dəyişikliklərinin səbəbləri izah olunub. Sənəddə adı çəkilən şəxslərin müxtəlif kontekstlərdə hallandığı qeyd edilir.

Siyahıda ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla bir sıra tanınmış siyasi və işgüzar fiqurların adlarının yer aldığı bildirilir. Sənəddə keçmiş prezident Bill Klinton, “Microsoft”un həmtəsisçisi Bill Qeyts, “Meta” şirkətinin qurucusu və baş direktoru Mark Zukerberq, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio kimi şəxslərin adları göstərilib.

Məlumata görə, sənəddə adları çəkilən şəxslər arasında Epşteyn və onun keçmiş tərəfdaşı Gisleyn Maksvel ilə birbaşa əlaqəsi olanlardan tutmuş, yalnız media hesabatlarında adları hallananlara qədər müxtəlif kateqoriyalar mövcuddur. Bununla belə, konkret olaraq hansı şəxsin hansı kontekstdə sənədlərdə yer aldığı açıqlanmayıb.

Xatırladaq ki, yetkinlik yaşına çatmayan qızlara qarşı qanunsuz şəbəkə qurmaqda ittiham olunan Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılmışdı. İşlə bağlı sənədlər və siyahılar ABŞ ictimaiyyətində və siyasi dairələrdə müzakirə mövzusu olaraq qalır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930