Suriyanın devrilmiş lideri Bəşər Əsəd haqqında hazırlanan yeni hesabatlar, onun saraydakı həyatına dair sərt və utancverici iddiaları gün üzünə çıxarıb. Hesabatlara görə, ölkənin siyasi və hərbi böhranla üzləşdiyi bir dövrdə Əsəd, rejimi qorumaq üçün əhəmiyyətli addımlar atmaq əvəzinə şəxsi lüks həyat tərzinə, cinsi skandallara və telefon oyunlarına vaxt ayırıb.
Məlumata əsasən, Əsəd sarayında təcrübəli idarəçilərin yerini kifayət qədər bacarıqlı olmayan “gənc məsləhətçilərlə” doldurub və bu şəxslərdən ən çox diqqət çəkəni keçmiş “Al Jazeera” jurnalisti Luna əl-Şibl olub. O, həm sevgili, həm də yaxın məsləhətçi kimi göstərilir. Şiblin yüksək rütbəli hərbi şəxslərin həyat yoldaşları ilə əlaqələr qurduğu və sarayda üzvi bir mədəniyyət yaradıldığı iddia edilir.
Bundan başqa, Əsədin həyat yoldaşı ağır xəstəliklə mübarizə apararkən onun Dəməşq sarayında qalaraq utancverici skandallara imza atdığı, bu hadisələrin ortaya çıxmaması üçün ciddi tədbirlər gördüyü bildirilir. 2024-cü ilin iyulunda Şiblin Dəməşq yaxınlığında avtomobildə ölü tapılması, rəsmi dövlət mediası tərəfindən qəzaya bağlansa da, hadisədə şübhəli detallara toxunulur və İran və İsrail kəşfiyyatı ilə əlaqəli iddialar səsləndirilir.
Əsədin başqa bir diqqət çəkən vərdişi isə mobil telefonunda “Candy Crush” kimi oyunlara saatlarla zaman sərf etməsi olub. Köhnə saray məmurları və hərbçiləri, onun siyasi və hərbi böhranlarla məşğul olmaq əvəzinə telefon oyunlarına aludə olduğunu bildiriblər.
Suriya ordusu Hələb şəhərinə hücum edərkən rejimin çöküşü davam edərkən Əsədin Moskvada olduğu və komandanlarını tərk etdiyi qeyd edilir. Rəsmilər və müşahidəçilər bildirir ki, şəhər süqut etdikdən dərhal sonra, lider ölkəni tərk edərək müttəfiqlərini və saray əməkdaşlarını geridə qoyub. Bu hadisələr Suriya cəmiyyətində böyük etiraz və xəyanət hissi yaradıb.