Səudiyyə Ərəbistanı Sudanda ÇDQ-nin humanitar konvoy və xəstəxanaya hücumlarını pislədi

Səudiyyə Ərəbistanı Sudanda Çevik Dəstək Qüvvələrinin humanitar yardım konvoyunu və xəstəxananı hədəf alan, onlarla insanın ölümünə səbəb olan hücumlarını kəskin şəkildə qınayıb.

71

Səudiyyə Ərəbistanı Sudanda Çevik Dəstək Qüvvələrinin humanitar yardım konvoyunu və xəstəxananı hədəf alan, çoxsaylı mülki şəxsin həyatını itirməsinə səbəb olan hücumlarını kəskin şəkildə pisləyib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada Ər-Riyad rəhbərliyinin ÇDQ-nin Əl-Kuvek Hərbi Xəstəxanasına, Dünya Ərzaq Proqramına məxsus humanitar yardım karvanına və məcburi köçkünləri daşıyan nəqliyyat vasitəsinə qarşı həyata keçirdiyi, cinayət xarakteri daşıyan hücumları qətiyyətlə qınadığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu hücumlar qadın və uşaqlar da daxil olmaqla onlarla insanın həyatını itirməsinə səbəb olub, həmçinin Şimali və Cənubi Kurdufan əyalətlərində yerləşən humanitar yardım obyektlərinə ciddi ziyan dəyib. Bildirilib ki, bu cür əməllərin heç bir əsaslandırması ola bilməz və onlar bütün humanitar normaları, eləcə də beynəlxalq razılaşmaları açıq şəkildə pozur.

Səudiyyə Ərəbistanı açıqlamasında ÇDQ-yə bu cür pozuntulara dərhal son qoymaq, beynəlxalq humanitar hüquq çərçivəsində yardımların ehtiyac sahiblərinə təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək və 11 may 2023-cü ildə imzalanmış Ciddə Bəyannaməsində üzərinə götürdüyü öhdəliklərə əməl etmək çağırışı edib. Eyni zamanda Riyad Sudanın birliyini, təhlükəsizliyini və sabitliyini dəstəklədiyini bir daha vurğulayaraq, ölkədə legitim qurumların qorunmasının vacibliyini önə çəkib.

Açıqlamada xarici müdaxilələrin qəbuledilməz olduğu xüsusi qeyd edilib və bəzi tərəflərin siyasi həll yolunu dəstəklədiklərini bildirmələrinə baxmayaraq, ölkəyə qeyri-qanuni silahların, muzdlu döyüşçülərin və xarici silahlıların gətirilməsinin yolverilməz olduğu vurğulanıb. Bu cür addımların münaqişənin uzanmasında əsas amillərdən biri olduğu və qardaş Sudan xalqının əzablarını daha da dərinləşdirdiyi bildirilib.

Sudandakı son hadisələrlə bağlı hökumət gün ərzində yaydığı açıqlamada ÇDQ-nin ölkənin mərkəzində yerləşən Şimali Kurdufan əyalətində Dünya Ərzaq Proqramına məxsus humanitar yardım konvoyunu pilotsuz uçuş aparatları ilə hədəfə aldığını bəyan edib. Bildirilib ki, yük maşınları mülki əhaliyə ərzaq yardımı çatdırmaq üçün yolda olub, hücum nəticəsində insan tələfatı baş verib və yardım materialları məhv edilib.

Sudan Həkimlər Şəbəkəsi isə fevralın 5-də Cənubi Kurdufan əyalətinin cənubunda yerləşən Əl-Kuvek Hərbi Xəstəxanasının Çevik Dəstək Qüvvələri tərəfindən hədəf alınması nəticəsində 22 nəfərin həyatını itirdiyini, 8 nəfərin isə yaralandığını açıqlamışdı.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.