ABŞ Nigeriyaya hərbi heyət göndərdiyini açıqladı

ABŞ Afrika Komandanlığının rəhbəri Daqvin Anderson Nigeriyanı dəstəkləmək məqsədilə ölkəyə ABŞ hərbçilərindən ibarət kiçik bir hərbi qrupun göndərildiyini bildirib.

365

ABŞ Afrika Komandanlığının (AFRICOM) komandanı, ordu generalı Daqvin Anderson Nigeriyaya ABŞ hərbçilərindən ibarət kiçik bir hərbi qrupun göndərildiyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin rəsmi internet saytında Andersonun son açıqlamalarına yer verilib. O bildirib ki, ötən il Romada keçirilən tədbir çərçivəsində Nigeriya Prezidenti Bola Əhməd Tinubu ilə görüşüb və tərəflər regionda birgə əməkdaşlıq barədə razılığa gəliblər.

Görüşlərdən sonra Nigeriyanı dəstəkləmək məqsədilə ABŞ personalından ibarət kiçik bir hərbi heyətin bu ölkəyə göndərildiyi bildirilib.

Hazırda sözügedən hərbi qrupun Nigeriyaya dəqiq nə vaxt çatdığı barədə məlumat verilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.