ABŞ Prezidenti Tramp Kolumbiya Prezidenti Petro ilə Ağ Evdə görüşdü

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə mətbuata qapalı görüş keçirib. Görüşdə narkotik qaçaqmalçılığı ilə mübarizə və Venesuela ilə bağlı məsələlər müzakirə olunub.

63

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə mətbuata qapalı formatda görüş keçirib.

Görüş Vaşinqtonda baş tutub və Ağ Evin rəsmi “X” hesabında Tramp və Petroya aid birgə foto paylaşılıb. Təxminən iki saat davam edən görüşdən sonra Prezident Trampın açıqlama verəcəyi bildirilib. Qeyd edək ki, Tramp bundan əvvəl Kolumbiyanı kokain istehsal edib ABŞ-a göndərməkdə ittiham etmişdi.

Görüşdən sonra açıqlama verən ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə bir çox məsələlər, o cümlədən mümkün sanksiyalar üzərində işlədiklərini bildirib. Narkotik qaçaqmalçılığı ilə mübarizədə razılıq əldə olunub-olunmadığına dair suala cavab verən Tramp, tərəflərin bu sahədə ortaq mövqeyə gəldiyini və çox yaxşı anlaşdıqlarını deyib. Görüşün çox müsbət keçdiyini vurğulayan Tramp, Petro haqqında “möhtəşəm insandır” ifadəsini işlədib.

Kolumbiya Prezidenti Qustavo Petro da Tramp ilə üzbəüz görüşdən sonra mətbuat nümayəndələrinə açıqlama verərək, iki ölkənin narkotik qaçaqmalçılığına qarşı mübarizədə qətiyyətli olduğunu bildirib. Petro görüşün müsbət atmosferdə keçdiyini vurğulayaraq, Karib hövzəsindəki vəziyyət və Latın Amerikası ilə ABŞ arasında mövcud olan dərin gərginlik fonunda bu görüşün nikbin ruhda başa çatmasını son dərəcə müsbət qiymətləndirib.

Petro görüş zamanı Venesueladakı son hadisələrin də müzakirə edildiyini bildirib və tərəflərin onları ayıran məsələlərə deyil, birləşdirən məqamlara fokuslandığını deyib. O, azadlıq və həyat naminə uzlaşmanın mümkün olduğuna inandıqlarını qeyd edərək, Venesuelanın yenidən dirçəldilməsi, Kolumbiyanın bu prosesdə verə biləcəyi dəstək və sanksiyalar qaldırılmadığı təqdirdə ABŞ-ın hansı rolu oynaya biləcəyi məsələlərinin müzakirə edildiyini açıqlayıb.

Kolumbiya lideri narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Trampa bir sıra təkliflər irəli sürdüyünü, koordinasiyalı kəşfiyyat fəaliyyəti ilə narkotik baronlarının birgə izlənməsinin vacibliyini vurğuladığını da bildirib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930