Azər Əliyev: “Azərbaycan gəncliyi ölkənin bu günü və gələcəyidir”– MÜSAHİBƏ

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərin rolu və regionda görülən işlərdən danışıb.

95

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev müsahibəsində gənclərin cəmiyyətin inkişafındakı rolundan, son illərdə müşahidə olunan müsbət dəyişikliklərdən və qərb regionunda həyata keçirilən layihələrdən danışıb.

Azər Əliyev bildirib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin ölkə həyatındakı rolunun dövlət səviyyəsində tanınmasının açıq göstəricisidir. Onun sözlərinə görə, bu tarix gənclərə verilən dəyərin və etimadın rəmzidir: “2 Fevral bizə göstərir ki, Azərbaycan gəncliyi ölkənin təkcə gələcəyi yox, eyni zamanda bu günüdür. Gənclərə olan etimad, onların ideyalarına və təşəbbüslərinə verilən dəstək bizi daha fəal, məsuliyyətli və təşəbbüskar olmağa ruhlandırır”. Sədr vurğulayıb ki, bu gün gənclərin hüquqları, potensialı və yaradıcılıq imkanları ön plana çıxarılır və bu, sağlam və dinamik cəmiyyətin formalaşmasına xidmət edir.

Son illərdə gənclərin ictimai fəallığının artdığını qeyd edən Azər Əliyev deyib ki, Azərbaycan gəncliyi artıq daha maarifli və təşəbbüskardır. “Bu gün gənclər təkcə ideya irəli sürməklə kifayətlənmir, həmin ideyaların reallaşdırılmasında da fəal iştirak edirlər”, – deyə o əlavə edib. Onun fikrincə, könüllülük fəaliyyətinə marağın artması, sosial layihələrdə iştirak, rəqəmsal bacarıqların inkişafı və vətənpərvərlik ruhunun güclənməsi son illərin əsas müsbət tendensiyalarıdır.

Müsahibədə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin fəaliyyəti də diqqətə çatdırılıb. Azər Əliyev bildirib ki, təşkilat Qazax rayonu və ümumilikdə qərb regionunda gənclərin inkişafına yönəlmiş bir sıra maarifləndirici və sosial layihələr həyata keçirib. “Təlimlər, seminarlar, gənclərlə görüşlər, sosial fəallığın artırılmasına yönəlmiş tədbirlər və ictimai təşəbbüslərin dəstəklənməsi əsas fəaliyyət istiqamətlərimizdəndir”, – deyə sədr qeyd edib. Onun sözlərinə görə, məqsəd region gənclərinin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək və potensiallarını tam şəkildə reallaşdırmalarına şərait yaratmaqdır.

Sonda Azər Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gəncləri təbrik edərək bildirib ki, gənclərin enerjisi, biliyi və təşəbbüskarlığı ölkənin davamlı inkişafının əsas təminatıdır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930