Suriya mətbuatının yaydığı məlumata görə, Suriya Prezidenti Əhməd əl-Şaraa çərşənbə günü Rusiyanın paytaxtı Moskvanı ziyarət edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Özəl yayımlanan “Suriya TV” telekanalı Şaraanın Moskva səfərinə gedəcəyini və Putinlə bir araya gələcəyini bildirib, lakin səfərin detalları açıqlanmayıb.
Hələlik nə Suriya, nə də Rusiya rəsmiləri tərəfindən bu səfərlə bağlı rəsmi bəyanat verilməyib. Xatırladaq ki, Vladimir Putin və Əhməd əl-Şaraa daha əvvəl 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdülər və bu, Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabr ayının sonunda sona çatmasından sonra Şaraanın prezident kimi həyata keçirdiyi ilk rəsmi Moskva səfəri olmuşdu.