Elza Seyidcahan: “Yaradıcılığımın təməlində vicdan dayanır”

Yeni elmi araşdırma Gizanın Böyük Piramidasının içərisində daş blokları qaldıran mexaniki sistemin izlərini ortaya çıxarıb. 

236

Azərbaycanın Əməkdar artisti Elza Seyidcahan yaradıcılıq dünyasında ilham mənbələri, musiqi və şeir arasındakı əlaqələr barədə fikirlərini MSNews.az ilə bölüşüb.

Msnews.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan bildirdi ki, yaradıcı prosesdə ona ən çox ilham verən qeyrət, namus və vicdandır. Bu dəyərlər yoxdursa, dahi əsərlər yaranmaz. Gördüklərim, eşitdiklərim, bildiklərim – hər bir detal məni formalaşdırır. Hər peşəkar insanda ruh varsa, o ruh öz sözünü deyir. Qısacası, yaradıcılıq zamanı bizə ilham verən saf ruhumuzdur. Şair Cabir Novruzun dediyi kimi:

“Kaş millətdə ruh yaşasın!”

Bəstəkar xanım musiqi ilə şeir arasında olan sintezdən də danışdı:

“Musiqi ilə şeir arasında sərhədlər var və bu sərhədləri aşmasan, onları birləşdirə bilməzsən. Milyonlarla bəstələnən əsərdən yalnız biri-birinə uyğun olanlar yaşayıb qalır. Musiqi ilə şeir biri-biri üçün yaranmalıdırlar. Bu, əsrlər əvvəl böyük dahilərimizin sözlərinə bəstələnmiş əsərlərlə sübut olunub. Mən şeiri bəzən qıza, bəzən oğlana bənzədirəm”.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031