İlham Əliyev Davosda İsrail Prezidenti İsxak Hersoqla görüşüb

Prezident İlham Əliyev Davosda İsrail Prezidenti İsxak Hersoqla görüşərək Azərbaycan-İsrail əməkdaşlığının perspektivlərini müzakirə edib.

208

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

Görüş zamanı Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı. Tərəflər Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafını vurğulayaraq iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd etdilər. Prezidentlər əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti