İlham Əliyev Davosda Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb

Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri Andrey Babişlə görüşərək ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

278

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, münasibətlərin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Tərəflər əlaqələrin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş çərçivəsində Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib, dövlətimizin başçısı da öz növbəsində Çex Respublikasının Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət edib, hər iki dəvət məmnunluqla qəbul olunub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti