İlham Əliyev Davosda “Vestas Wind Systems” rəhbərliyi ilə görüşüb

Prezident İlham Əliyev Davos Forumunda “Vestas Wind Systems” şirkətinin baş vitse-prezidenti Morten Dirholm ilə görüşərək Azərbaycanda külək enerjisi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.

190

Yanvarın 19-da Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Danimarkanın aparıcı külək enerjisi şirkətlərindən biri olan Vestas Wind Systems şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.

Görüş zamanı şirkətin Azərbaycanda bərpaolunan enerji sahəsində, xüsusilə külək enerjisi istiqamətində həyata keçirdiyi layihələrə toxunularaq mövcud əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Prezident İlham Əliyev ölkəmizin xarici investorlar üçün cəlbedici məkan olduğunu qeyd edib, Azərbaycanda formalaşdırılan əlverişli investisiya və biznes mühitinin beynəlxalq şirkətlər üçün yeni perspektivlər yaratdığını diqqətə çatdırıb. Görüş çərçivəsində tərəflər Azərbaycan ilə “Vestas Wind Systems” arasında mövcud tərəfdaşlığın inkişafı, yeni layihələrin reallaşdırılması və bərpaolunan enerji sahəsində uzunmüddətli əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.