Tramp Nobel Sülh Mükafatı vermədiyinə görə Norveç baş nazirini təhdid etdi

Donald Tramp Norveç Baş Nazirinə göndərdiyi mesajda Nobel Sülh mükafatını ala bilmədiyi üçün Qrenlandiya üzərində tam nəzarət istədiyini açıqlayıb. Bu bəyanat Avropa ölkələrinin sərt reaksiyasına və yeni transatlantik gərginliyə səbəb olub.

158

ABŞ Prezidenti Donald Tramp Norveç Baş Naziri Yonas Qahr Störeyə göndərdiyi mesajda 2025-ci il Nobel Sülh .mükafatını ala bilmədiyi üçün sülhün ön planda tutma məcburiyyətində olmadığını bildirib və bu səbəblə ABŞ-ın Strateji baxımdan vacib hesab etdiyi Qrenlandiya üzərində tam nəzarət istəyini təkrar ifadə edib.

Tramp açıqlamasında, Nobel mükafatını ala bilmədiyinə görə yalnız və yalnız ABŞ-ın milli maraqlarını düşünəcəyini vurğulayıb və bu məqsədlə dünyanı “yalnız sülhü düşünmək” mövqeyində görmədiyini söyləyib.

O, həmçinin Qrenlandiyanın bütövlükdə ABŞ-a məxsus olmasını strateji təhlükəsizlik baxımından zəruri hesab etdiyini və bunu təmin etməyəcəklərsə müəyyən tədbirlərə əl atmaqda tərəddüd etməyəcəyini irəli sürüb.

Bu addım Avropa İttifaqı ölkələri, xüsusilə Danimarka, Norveç və digər müttəfiqlər tərəfindən sərt tənqid olunub. Onlar bu mövqeni həm geosiyasi təzyiq, həm də “çirkli siyasət” kimi qiymətləndirib və danışıqlarla vəziyyəti yumşaltmağa çağırıblar.

Əlavə olaraq, Trampın mesajı Avropa ölkələrinə qarşı ticari tariflər tətbiq edəcəyinə dair təhdidi də əhatə edib ki, bu da transatlantik münasibətlərdə yeni gərginliklərə yol aça bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti