2026-cı ildə ən çox qazandıracaq yatırımlar hansılar olacaq? – ŞƏRH

ReAl Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli və ALB Yatırım Baş iqtisadçısı Filiz Eryılmaz 2026-cı il üçün ən çox qazandıracaq yatırım vasitələrini açıqladı. Misin əmtəə olaraq önə çıxacağı, gümüş və qızıla bağlı kritik göstəricilər izah edildi.

58

Əmtəə bazarlarında 2026-cı ilə dair gözləntilər formalaşdıqca, investorların diqqəti qlobal iqtisadi trendlərə və xammal bazarındakı dəyişikliklərə yönəlir. Mütəxəssislər bildirirlər ki, sənaye metalları və qiymətli resurslar təkcə istehsalın deyil, həm də investisiya strategiyalarının əsas göstəricilərindən birinə çevrilib. Bu kontekstdə aparılan son iqtisadi təhlillər 2026-cı ildə hansı yatırım əmtəələrimin ön plana çıxacağına dair mühüm siqnallar verir.

2026-cı ildə hansı yatırımların daha çox qazanc gətirə biləcəyi barədə ReAl Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli MSNews.az-a  bildirib ki, hazırda dünyada müşahidə edilən mürəkkəb geosiyası proseslər yatırımlara da birbaşa təsir edir. Ona görə də önümüzdəki dönəmdə hansı sahəyə yatırımların edilməsi ilə bağlı proqnozlar vermək kifayət qədər risklidir. Lakin Azərbaycanda bu baxımdan proqnoz vermək asandır, çünki Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur deyə, vətəndaşlar daha çox daşınmaz əmlaka və qızıla yatırımlar edirlər. Güman ki, 2026-cı ildə də bu tendensiya davam edəcək. Dünya çapında isə böyük ehtimalla, süni intellektlə məşğul olan şirkətlərin səhmlərinin qiymətlərinin artımı müşahidə ediləcəkdir.
Natiq Cəfərli

Qeyd edək ki, bir neçə gün öncə ALB Yatırım Baş iqtisadçısı Dr. Filiz Eryılmaz 2026-cı ilə dair iqtisadi gözləntilərini və yatırım perspektivlərini Sözcü TV-nin “Para, Politika və Həyat” proqramında açıqlayıb. Eryılmaz bildirib ki, 2026-cı il, 2025-ci ilə nisbətən daha müsbət bir iqtisadi mühitə sahib ola bilər, lakin yüksək inflyasiya və məhdud gəlirli ailələr üçün iqtisadi təzyiqlər davam edəcək.

Dr.Filiz Eryılmaz

Eryılmazın qiymətləndirməsinə görə, 2026-cı ilin ən çox qazandıracaq yatırım əmtəəsi mis olacaq. O bildirib ki, sənayedə misə olan tələbat artacaq və gümüş bazarındakı daralma səbəbindən investorlardan misə yönəlmə daha da güclənəcək.

Eryılmaz son dövrlərdə gümüşün qızıla nisbətən daha sürətli yüksəldiyini, lakin volatilitenin (maliyyə bazarlarında qiymətin qısa müddətdə nə qədər tez və nə qədər güclü dəyişdiyini) çox yüksək olduğunu vurğulayıb. Çinin 1 yanvar 2026-cı ildən etibarən gümüş ixracına qısıtlama tətbiq edəcəyi, bu səbəbdən də təklifin daralacağı qeyd olunub.

Eryılmaz qızıl investisiyası üçün kritik qiymət səviyyələrini də şərh edib. O, qısa müddətli investorlar üçün müəyyən alım zonalarına diqqət çəkib və uzun müddətli sərmayəçilər üçün misin daha cazibədar ola biləcəyini qeyd edib.

Eryılmaz, inflyasiyanın 2026-cı ilin sonuna doğru azalacağı proqnozunu verib və faizlərin 2026-cı ilin sonunda təqribən %28 səviyyəsinə geriləyəcəyini gözlədiyini bildirib. Bu isə investisiya strategiyalarını yenidən formalaşdırmaq üçün investorlar arasında əhəmiyyətli amil ola bilər.