1 İran rialı = 0.00 dollar?

İran rialı dollara qarşı rekord dəyər itirib. "Google" göstəricilərində 1 rial “0,00 dollar” kimi görünür.

67

İranda davam edən iqtisadi böhran və yüksək inflyasiya fonunda ölkənin milli valyutası İran rialı tarixi dəyər itkisinin yeni mərhələsinə daxil olub.

“Google” və digər valyuta göstərici platformalarında 1 İran rialının ABŞ dolları qarşısında “0,00 dollar” kimi qeydə alınması diqqəti çəkib və bu, pul vahidinin kritik dərəcədə zəiflədiyini göstərir.

Bu rəqəm texniki olaraq valyutanın tamamilə dəyərsizləşməsi demək deyil, lakin rialın dollar qarşısında o qədər çox dəyər itirdiyini göstərir ki, ekranlarda yuvarlaqlaşma nəticəsində belə görünür. Gerçək bazar məzənnələrinə görə isə 1 ABŞ dollarını almaq üçün artıq təxminən 1 milyon 137 min 500 İran rialı tələb olunur. Bu vəziyyət İran daxilində inflyasiya, həyat səviyyəsinin pisləşməsi və genişmiqyaslı etiraz dalğaları ilə müşayiət olunur və iqtisadçıların fikrincə valyutanın bu səviyyəyə enməsi dövlət maliyyə sistemində uzunmüddətli çətinliklərin əlamətidir.