Yaponiyada Yeni il hərracında tuna rekordu: “Sushi Zanmai” 3,2 milyon dollar ödəyib

Yaponiyanın məşhur "Sushi Zanmai" suşi şəbəkəsi Tokionun Toyosu balıq bazarında keçirilən Yeni il hərracında 243 kiloqramlıq maviüzgəcli tunaya 510 milyon yen – təxminən 3,2 milyon dollar ödəyərək rekord müəyyən edib.

98

Yaponiyada fəaliyyət göstərən məşhur suşi restoranlar şəbəkəsi “Sushi Zanmai” Yeni il münasibətilə Tokionun Toyosu balıq bazarında keçirilən ənənəvi hərracda bir ədəd maviüzgəcli tunaya 510 milyon yen (təxminən 3,24 milyon ABŞ dolları) ödəyərək rekord qiymət müəyyən edib. Bu, indiyədək sözügedən hərracda ödənilən ən yüksək məbləğdir.

Çəkisi 243 kiloqram olan qiymətli tuna Tokioda yerləşən “Kiyomura Corp” şirkətinə məxsus “Sushi Zanmai” şəbəkəsi tərəfindən alınıb. Şirkətin prezidenti Kiyoşi Kimura bildirib ki, bu addım həm iqtisadi dirçəlişə inamın, həm də Yeni il əhval-ruhiyyəsinin göstəricisidir.

“Ümid edirəm ki, bu il iqtisadiyyat daha yaxşı olacaq. Takaiçi hökuməti ‘işləyəcəyik, işləyəcəyik, işləyəcəyik’ deyib. “Sushi Zanmai” də eyni şəkildə işləyəcək,” – deyə Kimura Yaponiyanın ilk qadın baş naziri, dörd ay əvvəl vəzifəyə başlayan Sanae Takaiçi hökumətinə istinadən bildirib.

“Ümid edirəm ki, bu il iqtisadiyyat daha yaxşı olacaq. Takaichi hökuməti ‘işləyəcəyik, işləyəcəyik, işləyəcəyik’ deyib. Sushi Zanmai də eyni şəkildə işləyəcək,” – deyə Kimura Yaponiyanın ilk qadın baş naziri, dörd ay əvvəl vəzifəyə başlayan Sanae Takaiçi hökumətinə istinadən bildirib.
“Ümid edirəm ki, bu alış hamını bir az da sevindirər.”

Bu alış Kimuranın əvvəlki rekordunu da geridə qoyub. O, 2019-cu ildə eyni hərracda bir tuna üçün 333,6 milyon yen ödəyərək rekord qırmışdı.

“Tuna kralı” ləqəbi ilə tanınan Kimura jurnalistlərə deyib ki, qiymətin bu qədər yüksələcəyini gözləmirmiş:

“Düşünürdüm ki, yekun məbləğ bir az aşağı – təxminən 300 və ya 400 milyon yen civarında olar. Amma nəticədə 500 milyonu keçdi.”

Nəhəng tuna əvvəlcə “Sushi Zanmai”-nin əsas filialına aparılıb, daha sonra dilimlənərək ölkə üzrə restoranlara paylanıb. Kimuranın sözlərinə görə, bu tunadan hazırlanan yeməklər müştərilərə adi qiymətlərlə təqdim olunacaq.

Qeyd edək ki, 1 ABŞ dolları 157,23 yenə bərabərdir.