ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşüblər.
MSNews.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Noyabrın 19-da baş tutan təmas ABŞ və Çin arasında ticarət münasibətləri, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi fonunda keçirilib.
Çin lideri bir gün əvvəl, noyabrın 18-də Şençjen hava limanında Trampı şəxsən qarşılayıb. Tərəflərin isti qarşılanma mərasimi beynəlxalq medianın diqqətini çəkib.
“Reuters” agentliyinin məlumatına görə, sammitin əsas diplomatik hadisələrindən biri Tramp, Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan üçtərəfli görüşdür.
Bu danışıqların gündəliyində nüvə silahlarına nəzarət, Ukrayna və İran ətrafındakı vəziyyət, eləcə də beynəlxalq təhlükəsizlik məsələlərinin yer alacağı gözlənilir.
Tramp və Si Cinpin arasında ikitərəfli görüşün yekununda əldə edilən konkret razılaşmalar barədə hələlik ətraflı məlumat açıqlanmayıb.