Tramp ASEAN liderlərinə səsləndi: “Bizə maqnitlər lazımdır!”

ABŞ Prezidenti Donald Tramp ASEAN ölkələrini maqnit və nadir torpaq elementlərinin istehsalını artırmağa çağırıb. O, bu sahənin böyük gəlir imkanları yaratdığını bildirib.

54

ABŞ Prezidenti Donald Tramp Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) liderlərini maqnit istehsalına sərmayə yatırmağa çağırıb. O, bu sahənin böyük iqtisadi imkanlar yaratdığını və ABŞ-nin maqnitlərə ehtiyac duyduğunu bildirib.

MSNews.az xəbər verir ki, Tramp bu açıqlamanı noyabrın 17-də Filippinin paytaxtı Manilada keçirilən ABŞ–ASEAN görüşü zamanı verib.

“Maqnitlər. Əgər etiraz etmirsinizsə, maqnit istehsalı ilə məşğul olun. Masa arxasında əyləşənlərdən kimsə sözümə qulaq assa, çoxlu pul qazanacaq. Bizə maqnitlər lazımdır”, – deyə ABŞ Prezidenti bildirib.

“The Times” nəşrinin məlumatına görə, Tramp region ölkələrinin liderlərini kritik minerallar, nadir torpaq elementləri və maqnit istehsalında əməkdaşlığı genişləndirməyə təşviq edib.

ABŞ liderinin çağırışı Vaşinqtonun strateji xammal və texnologiya sahəsində Çindən asılılığı azaltmaq səyləri fonunda səsləndirilib.

“Associated Press” agentliyinin məlumatına görə, Tramp ABŞ-nin nadir torpaq elementlərinin istehsalında 10 ay ərzində Çinə çatacağını da iddia edib.

Qeyd edək ki, nadir torpaq elementlərindən hazırlanan güclü maqnitlər elektrik avtomobilləri, külək turbinləri, robototexnika və hərbi texnologiyalarda geniş istifadə olunur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.