Rusiyada islami bank planı icra olunur — Dumadan rəsmi addım

Rusiyada müsəlman əhalisinin artması fonunda islami bankçılıq planı icra edilir. Duma rəsmiləri yeni maliyyə modelinin yaradılması üçün ərəb ölkələri ilə danışıqlar apardıqlarını açıqlayıb. 

43

Rusiyada artan müsəlman əhalisinin tələbatını nəzərə alaraq, ölkə daxilində islami bankçılığın tətbiqi üçün konkret addımlar atılır. Bu barədə məlumatı Rusiya Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoliy Aksakov açıqlayıb.

Aksakov bildirib ki, hazırda islami bankın yaradılması istiqamətində ciddi işlər gedir və bu çərçivədə ərəb ölkələri ilə danışıqlar aparılır. Onun sözlərinə görə, bu addım Rusiya büdcə sektorunda alternativ maliyyə sistemlərinin tətbiqi üçün vacibdir.

Rusiya daxilində müsəlman əhalisinin payının artması da bu təşəbbüsün əsas səbəblərindən biri kimi göstərilir. Proqnozlara görə, 2033-cü ilə qədər ölkədə müsəlmanların ümumi əhali içində payı 30%-a qədər yüksələ bilər. Bu tendensiya islami bank məhsullarına marağın artmasına səbəb olur.

Qeyd olunur ki, artıq Tatarıstan, Çeçenistan və Dağıstan kimi bölgələrdə islami bankçılıq prinsiplərinə əsaslanan eksperimental layihələr 1 sentyabr 2023-cü ildən tətbiq edilir.

Rusiyanın Konstitusiyasına əsasən, dövlət sekulyardır və bütün dinlər qanun qarşısında bərabərdir, lakin xalq arasında Rusiya Rus Pravoslav Xristianlığı ən geniş yayılmış din statusunu qoruyur.