İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib

Prezident İlham Əliyev 101 otaqlı “Xankəndi” hotelinin açılışında iştirak edib. Mehmanxana eyni vaxtda 236 qonağa xidmət göstərə biləcək.

170

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına “Xankəndi” Mehmanxana Kompleksinə daxil olan hoteldə yaradılmış şərait barədə məlumat verib.

Dördmərtəbəli hotel binasında ümumilikdə 101 otaq yaradılıb. Onlardan 92-si “deluxe”, dördü “superior”, üçü “deluxe suite”, ikisi isə “executive suite” kateqoriyasına aiddir.

Hotel eyni vaxtda 236 qonaq qəbul etmək imkanına malikdir. Burada kafe və restoranlar da daxil olmaqla ictimai iaşə obyektləri, həmçinin idman zalı fəaliyyət göstərəcək.

Yeni mehmanxanada 45 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İşçilərdən 20-si işğaldan azad edilmiş şəhər və rayonların sakinləri olacaq.

“Xankəndi” hotelinin istifadəyə verilməsi şəhərdə turizm və xidmət infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin davamıdır. Müasir hotellərin, istirahət məkanlarının və iaşə obyektlərinin yaradılması Xankəndiyə gələn qonaqlar üçün rahat şəraitin təmin edilməsinə, yeni iş yerlərinin açılmasına və şəhərin iqtisadi həyatının canlanmasına xidmət edir.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.