İsraildə azana məhdudiyyət layihəsi yenidən gündəmdədir
İsraildə məscidlərdə səsgücləndirici sistemlərdən istifadəni məhdudlaşdıran qanun layihəsi yenidən gündəmə gətirilib. “Əl-Əqsa” məscidinin imamı şeyx Əkrəm Səbri təşəbbüsü müsəlmanların namaza çağırışına qarşı təhlükəli addım adlandırıb.