Rusiya Kiyevi ballistik raketlərlə vurdu

Rusiya noyabrın 16-dan 17-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raket zərbələri endirib. Şimal və Cənub körpüləri zədələnib, nəqliyyatın hərəkəti dayandırılıb. Paytaxtın bəzi rayonlarında su və istilik təchizatında fasilələr yaranıb.