15 il çardaqda saxladığı “Pokémon” kartları onu milyonçu etdi
Böyük Britaniyada təqaüdçü 15 il çardaqda saxladığı “Pokémon” kartları kolleksiyasını 1,56 milyon funt-sterlinqə satıb. Hərrac evi bunu ölkədə kolleksiya kartları üzrə rekord satış adlandırıb.