“Mercedes-Benz” Almaniyada investisiyaları dayandırdı

Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” ölkədəki müəssisələrinə yeni investisiyaları dayandırıb. Şirkət yüksək istehsal xərcləri səbəbindən zavodların bağlanması ehtimalını nəzərdən keçirir. Rəhbərlik işçilərin eyni maaşla daha uzun müddət çalışmasını tələb edir.