Bakıda kütləvi dava: 3 nəfər xəsarət aldı, saxlanılanlar var

Bakının Nərimanov rayonunun Böyükşor qəsəbəsində kütləvi dava baş verib. Üç nəfər xəsarət alıb, onlardan ikisinin bıçaqlandığı bildirilir. Polis hadisə ilə bağlı bir neçə nəfəri saxlayıb, digər iştirakçıların axtarışı davam edir.