Ermənistanda merliyə namizəd saxlanıldı
Ermənistanın Stepanavan şəhərində “Güclü Ermənistan” partiyasının merliyə namizədi Arsen Gevorqyan saxlanılıb. Antikorrupsiya Komitəsi seçkilərə dörd gün qalmış keçirilən əməliyyat zamanı 14 nəfərin saxlanıldığını təsdiqləyib.