Nyu York şəhərinin ilk müsəlman və sosialist meri Zohran Mamdani rəsmi vəzifəsinə başlayıb. Andiçmə mərasimi Yeni il gecəsi, şəhərin mərkəzində yerləşən “City Hall” metro stansiyasında qapalı şəkildə keçirilib. Mamdani andiçmə zamanı Qurana əl basaraq and içib, bu da şəhər tarixində ilk belə hadisədir.
34 yaşlı Mamdani həmçinin Nyu-Yorkun ən gənc meri, ilk Cənubi Asiya mənşəli meri kimi tarixə düşüb. Andiçmə mərasimi metro stansiyasında baş tutsa da, daha geniş ictimai mərasim Nyu-York Meriya binasında planlaşdırılıb.
Mamdani seçildikdən sonra şəhərdə sosial və iqtisadi islahatlar aparacağını və vətəndaşların rifahının artırılmasına yönəlmiş siyasət həyata keçirəcəyini vəd edib. Onun vəzifəyə başlaması şəhər siyasətində yeni dönəm kimi qiymətləndirilir.