Meyxanaçı Ağakərim vəfat edib

Meyxanaçı Ağakərim Novruzov vəfat edib. İfaçı 2017-ci və 2021-ci illərdə insult keçirmiş, uzun müddət səhhət problemləri ilə mübarizə aparmışdı.

Meyxanaçı Ağakərim Novruzovun vəfat etdiyi bildirilir. Bu barədə mərhumun yaxınları məlumat verib.

Xatırladaq ki, Ağakərim Novruzovun 2017-ci ilin mart ayında beyninə qan sızmış, həmin vaxtdan etibarən onun səhhətində ciddi problemlər yaranmışdı. İfaçı uzun müddət diabet xəstəliyindən əziyyət çəkib. O, 2017-ci ildə keçirdiyi insultdan sonra müalicə almış, 2021-ci ilin dekabrında isə ikinci dəfə insult keçirmişdir.

Ağakərim Novruzov 1 may 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1981-ci ildə 209 saylı orta məktəbi bitirib. Meyxanaya marağı qonşusu, tanınmış meyxanaçı Ağasəlim Çıldağın audio kasetlərini dinlədikdən sonra yaranıb.

O, 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş “Qəzəlxan” festivalının ən yüksək mükafatı olan qızıl medalın sahibi olub.

2001-ci ildə meyxanaçının “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.