Ermənistan TRIPP şirkətinin yaradılması haqqında müqaviləni təsdiqlədi

Ermənistan hökuməti "TRİPP İnkişaf Şirkəti" ("TRIPP Development Company") QSC-nin səhmdarları arasında bağlanacaq müqaviləni təsdiqləyib.

29

Ermənistan hökuməti “TRİPP İnkişaf Şirkəti” (“TRIPP Development Company”) QSC-nin səhmdarları arasında bağlanacaq müqaviləni təsdiqləyib.

MsNews.az “Report”a istinadla xəbər verir ki, sənədə əsasən, şirkətin səhmlərinin 26 %-i Ermənistana, 74 %-i isə ABŞ-yə məxsus olacaq.

Bundan başqa, Şirkətin Direktorlar Şurası 5 üzvdən ibarət olacaq. Onlardan üçünü ABŞ, ikisini isə Ermənistan təyin edəcək.

Müqavilə hər iki tərəfin razılığı olmadan qərarların qəbul edilməsinin mümkün olmadığı 16 istiqaməti müəyyən edəcək.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bir həftə ərzində müqavilənin imzalanacağını, şirkətin isə Ermənistanda qeydiyyatdan keçəcəyini bildirmişdi.

“Bu, müstəqillik qazandığımızdan bəri ən böyük iqtisadi layihədir”, – o qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp 23 noyabr tarixli videomüraciətlərində “Tramp marşrutu” layihəsinə rəsmi qaydada start verildiyini elan ediblər.

Etiketlər:
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti