Braziliya Sinqapuru darmadağın etdi

Braziliya millisi Sinqapuru yoldaşlıq görüşündə 7:0 hesabı ilə məğlub edib. Vinisius Junior 21 dəqiqədə het-trik edərək komandasının qələbəsində əsas rol oynayıb.

46

Braziliya millisi noyabrın 17-də keçirilən yoldaşlıq görüşündə Sinqapuru 7:0 hesabı ilə darmadağın edib. Qarşılaşmanın qəhrəmanı ilk 21 dəqiqədə het-trik edən Vinisius Junior olub.

MSNews.az xəbər verir ki, Braziliya yığması 2026-cı ildəki son oyununda inamlı qələbə qazanıb.

“Real Madrid”in hücumçusu Vinisius Junior ilk hissənin 8, 12 və 20-ci dəqiqələrində fərqlənərək millidə ilk het-trikini rəsmiləşdirib. Endrik isə 30-cu dəqiqədə hesabı 4:0-a çatdırıb.

İkinci hissədə Estevao və Rayan da fərqləniblər. Matçın son qolunu Allan vurub. Bununla da Braziliya rəqibini 7:0 hesabı ilə məğlub edib.

Braziliyanın baş məşqçisi Karlo Ançelotti Yaponiyaya 3:2 hesablı məğlubiyyətlə başa çatan əvvəlki görüşdə qırmızı vərəqə aldığı üçün matçı tribunadan izləyib.

Qeyd edək ki, bu, Braziliya millisinin 2012-ci ildə Çini 8:0 hesabı ilə məğlub etməsindən sonra qazandığı ən böyükhesablı qələbədir.