Tovuzda hamilə qadın bıçaqlandı – Qardaşı polis tərəfindən saxlanıldı

Tovuzda “ASAN xidmət” Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qardaşı polis tərəfindən saxlanılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin kafi olduğu bildirilir.

90

Tovuz rayonunda hamilə qadına kəsici alətlə xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadının qardaşı olduğu və polis tərəfindən saxlanıldığı bildirilir.

MSNews.az xəbər verir ki, hadisə Tovuz “ASAN xidmət” Mərkəzinin qarşısında baş verib.

İlkin məlumata görə, S. Məmmədli adlı hamilə qadın kəsici alətlə xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib.

Qadının səhhətinin hazırda kafi olduğu bildirilir.

Yayılan məlumata əsasən, polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı Ə. Məmmədzadə saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.