Trampdan yeni qərar: Dələduzluğu ifşa edənlərə milyonlarla dollar verilə bilər

ABŞ Prezidenti Donald Tramp korrupsiya və dələduzluq hallarını ifşa edən şəxslər üçün yeni mükafat proqramı elan edib. Prezident aşkarlanan məbləğin 1%-nin xəbərçilərə verilməsini təklif edib.

23

ABŞ Prezidenti Donald Tramp dövlət vəsaitlərinin mənimsənilməsi və dələduzluq hallarını ifşa edən şəxslərin mükafatlandırılması üçün yeni federal proqram elan edib. Prezidentin sözlərinə görə, vətəndaşlar, o cümlədən jurnalistlər, aşkar etdikləri maliyyə pozuntularının məbləğinin 1%-i həcmində mükafat ala bilərlər.

MSNews.az xəbər verir ki, Tramp bu barədə oktyabrın 20-də Ağ Evdə vitse-prezident Cey Di Vensin iştirakı ilə keçirilən tədbirdə açıqlama verib. Yeni təşəbbüs “Fraud Whistleblower Incentive Program” – “Dələduzluq barədə məlumat verənlərin mükafatlandırılması proqramı” adlanır.

Prezident bildirib ki, proqramın məqsədi federal vəsaitlərin qanunsuz mənimsənilməsi hallarını üzə çıxarmaq və vətəndaşları korrupsiya barədə məlumat verməyə təşviq etməkdir.

“Tutaq ki, kimisə ifşa edirsiniz və bunun nəticəsində 1 milyard dollarlıq dələduzluq aşkarlanır. Biz həmin şəxsə məbləğin 1%-ni verəcəyik. Bu, çox böyük puldur”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, 1 milyard dollarlıq maliyyə pozuntusunun aşkarlanması xəbərçiyə 10 milyon dollar mükafat qazandıra bilər.

Tramp jurnalistlərin də proqramda iştirak edə biləcəklərini vurğulayıb. Bunun üçün onların işlədikləri media qurumunun razılığı və qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.

Lakin “Reuters” agentliyinin məlumatına görə, Trampın açıqladığı 1%-lik mükafat mexanizmi ilə ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi rəsmi şərtlər arasında fərq var.

Nazirliyin açıqlamasına əsasən, ilkin mərhələdə cinayət ittihamlarının irəli sürülməsinə səbəb olan məlumatlar üçün 10 min dollardan 30 min dollaradək mükafat nəzərdə tutulur. Proqramın maliyyələşdirilməsi üçün ABŞ Maliyyə Nazirliyi tərəfindən 25 milyon dollar ayrılır. Mükafatın verilməsi ilə bağlı qərar isə Ədliyyə Nazirliyinin səlahiyyətindədir.

Tramp həmçinin mükafata bir neçə şəxsin iddia etdiyi hallarda qərarvermə prosesində şəxsən iştirak edə biləcəyini söyləyib.

Qeyd edək ki, ABŞ-da dələduzluq barədə məlumat verən şəxslərin mükafatlandırılması mexanizmləri əvvəllər də mövcud olub. Yeni təşəbbüs isə federal proqramlardakı maliyyə pozuntularının aşkarlanmasına və ictimaiyyətin bu prosesə daha geniş cəlb edilməsinə yönəlib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.