Türkiyədə kişi sifariş etdiyi robot gəlinlə evləndi?

Türkiyədə bir kişinin Çindən sifariş etdiyi humanoid robotla evləndiyi barədə sosial şəbəkələrdə yayılan görüntülərin süni intellektlə hazırlandığı məlum olub. Hadisə real nikah deyil, yumoristik paylaşım kimi təqdim edilib.

10

Türkiyədə bir kişinin Çindən sifariş etdiyi humanoid robotla evləndiyini göstərən görüntülər sosial şəbəkələrdə geniş marağa səbəb olub. Lakin araşdırma nəticəsində məlum olub ki, sözügedən görüntü real toy mərasimindən deyil, süni intellekt vasitəsilə hazırlanmış yumoristik paylaşımdan götürülüb.

MSNews.az xəbər verir ki, hadisə Türkiyənin Elazığ şəhəri ilə əlaqələndirilərək sosial şəbəkələrdə yayılıb.

Türkiyənin “Elazığ Fırat Gazetesi” nəşrinin 26 aprel 2026-cı il tarixli məlumatına görə, yayılan görüntüdə bəy geyimində kişi ilə gəlinlik geyinmiş insanabənzər robot yanaşı təsvir olunub.

Paylaşımda kişinin robotu Çindən sifariş etdiyi və onunla evləndiyi iddia olunub. Görüntünün üzərindəki zarafatyana yazıda isə kişinin robot gəlin haqqında belə dediyi göstərilib:

“Yağı və suyu bir az əziyyət yaradır, amma heç olmasa deyinmir”.

Bu ifadə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkərək müxtəlif yumoristik reaksiyalara səbəb olub. Bununla belə, nəşr görüntünün süni intellektlə yaradıldığını və hadisənin gerçək toy olmadığını bildirib.

Son illərdə insanabənzər robot texnologiyalarının inkişafı onların gündəlik həyatda, xidmət sektorunda və əyləncə tədbirlərində istifadəsi ilə bağlı marağı artırıb. Məsələn, 2026-cı ilin iyulunda Moskvada Robert və Matilda adlı iki humanoid robotun iştirakı ilə simvolik toy mərasimi təşkil olunub. Həmin tədbir də hüquqi nikah deyil, robot texnologiyalarının nümayişi məqsədi daşıyıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.