Böyük Britaniyada aparılan maraqlı sorğu göstərib ki, qadınların 46 faizi partnyorlarının GTA 6 oyununda virtual personajla romantik münasibət qurmasını xəyanət hesab etmir və buna etiraz etməz. Kişilər arasında isə bu göstərici 62 faiz təşkil edir.
MSNews.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Nəşr “Grand Theft Auto VI” oyunundakı romantik münasibət mexanizminin real həyatda xəyanət sayılıb-sayılmaması ilə bağlı müzakirələri araşdırıb.
Məhz bu xüsusiyyət sosial şəbəkələrdə mübahisələrə səbəb olub. Bəzi istifadəçilər virtual personajla romantik yaxınlığı belə münasibətlərdə sədaqətsizlik kimi qiymətləndirirlər.
Britaniyanın “YouGov” araşdırma şirkəti sentyabrın 1-də 4 114 yetkin respondent arasında sorğu keçirərək oyun personajı ilə romantik münasibətin xəyanət hesab edilib-edilmədiyini soruşub.
| Cavab | Qadınlar | Kişilər |
|---|---|---|
| Xəyanət hesab edirəm | 7% | 4% |
| Xəyanət deyil, amma xoşuma gəlməz | 24% | 13% |
| Xəyanət deyil, etiraz etmərəm | 46% | 62% |
| Qərarsızam / cavab vermirəm | 22% | 21% |
Beləliklə, qadın respondentlərin 31 faizi virtual münasibəti ya birbaşa xəyanət hesab edir, ya da xəyanət saymasa belə, partnyorunun belə davranışını bəyənməyəcəyini bildirir. Kişilərdə isə bu iki cavabı seçənlərin ümumi payı 17 faizdir.
Ümumilikdə bütün respondentlərin 54 faizi videooyundakı romantik münasibətə etiraz etməyəcəyini, 19 faizi bundan narahat olacağını, 6 faizi isə bunu xəyanət hesab etdiyini bildirib.
Ekspertlərin fikrincə, videooyunların getdikcə daha real sosial münasibətlər yaratması insanların virtual personajlara emosional bağlılığı ilə bağlı yeni suallar ortaya çıxarır.
“The Guardian” da daha əvvəl GTA 6-nın romantik münasibətlər mexanizmi ətrafında yaranmış müzakirələrə diqqət çəkmişdi.